"iran və Azərbaycan xalqları arasında dostluğu heç kim poza bilməz"
baycanda səfərdə olan İran İslam Respublikası İslam Şurası Məclisinin sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini yad edib.
Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anın, məzarları üstünə tər güllər düzüblər.
Qonaq bildirib ki, səfərdə məqsəd ölkələrimizin, xüsusilə parlamentlərimizin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, qanunverici orqanlar arasında əməkdaşlığı genişləndirməkdir.
Süleyman Cəfərzadə ümidvar olduğunu bildirib ki, Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilən bu səfər parlamentlər arasında, eləcə də digər sahələrdə münasibətlərin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək.
O qeyd edib ki, İran və Azərbaycan xalqları arasında dostluq əlaqələrini heç kim poza bilməz.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50