Bu gün saat 15:00-da Müsavat Partiyasının qərargahında dəyirmi masa keçiriləcək. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dəyirmi masada Dövlət Büdcəsi müzakirə ediləcək. Məlumatda o da qeyd olunur ki, toplantıda Müsavat rəhbərliyi və bir sıra iqtisadçı ekspertlər iştirak edəcək.