Azərbaycan və Ermənistan prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılması üçün müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər. Onlar həmsədrlərin noyabrın sonuna kimi növbəti dəfə görüşü təşkil etmək təklifini qəbul ediblər. Bu barədə ATƏT Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtkenin (ABŞ) regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yaydıqları bəyanatda bildirilir. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, görüşün yeri və vaxtı müəyyənləşdiriləcək. Qeyd edək ki, həmsədrlər noyabrın noyabrın 5-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Noyabrın 6-da İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Daha sonra noyabrın 6-da yenidən Bakıya qayıdaraq prezident İlham Əliyevlə ikinci dəfə görüşüblər. Qeyd edək ki, təşkil ediləcək görüş prezidentlərin bu ilə ərzində baş tutan sayca altıncı görüşü olacaq.