Maestro Ceyhun konsert verəcək. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətindən daxil olub. Konsert ?Skripka ilə bir axşam? adlanır. Noyabrın 22-də keçiriləcək konsert proqramında Maestro Ceyhun repertuarındakı mahnıları ifa edəcək. Onun özü tərəfindən bəstələnən mahnılara da üstünlük verəcəyi bildirilir.