VHP sədri Türkiyənin Millətçi Hərəkat Partiyasının qurultayında iztirak edəcək
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyəyə səfərə yola düşüb. VHP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfərdə məqsəd Türkiyənin Millətçi Hərəkat Partiyasının noyabrın 8-də keçiriləcək qurultayında iştirak etməkdir.
Xatırladaq ki, VHP sədrinə MHP-nin qurultayında iştirak etmək üçün dəvət oktyabrın əvvəlində göndərilib. Qeyd edək ki, VHP ilə MHP arasında əməkdaşlıq protokolu imzalanıb. Səfər çərçivəsində S.Rüstəmxanlının türkiyəli həmkarları, ziyalılar, həmçinin diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51