ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Bakıya gəliblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün həmsədrlər prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı müzakirələr aparacaqlar. Vasitəçilərin Azərbaycan prezidentinə erməni həmkarı ilə yenidən görüşməyi təklif edəcəyi gözlənilir. Həmsədrlər Bakıdan sonra İrəvana gedəcəklər.