Elmar Məmmədyarov Ai-nin Azərbaycana yeni təyin olunmuz rəhbərini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Nümayəndəliyinin Azərbaycana yeni təyin olunmuş rəhbəri, səfir Rolan Kobianı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan-Aİ arasındakı münasibətlərin daha da inkişaf və genişlənməsinə xidmət edəcəyini söyləyib.
Öz növbəsində nazir Məmmədyarov cənab Kobianı Azərbaycana səfir təyin edilməsi münasibətilə ürəkdən təbrik edib və Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Sonra tərəflər qurumla Azərbaycan arasında münasibətlər və bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50