Dövlət Mahnı Teatrında aparılan təmir işləri noyabr ayının sonlarınadək davam etdiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrdan məlumat verilib. Qeyd edək ki, Mahnı Teatrında təmir işləri avqust ayından başlayıb. Əslində nəzərdə tutulan işlər oktyabr ayının sonlarınadək yekunlaşmalıydı. Amma teatrın pəncərə və qapılarının dəyişdirilməsi də sonradan plana daxil edilib. Odur ki, tamaşaçılar bir müddət də gözləməli olacaqlar.