Azanın səsgücləndirici vasitələr ilə verilməsinə qadağa qoyulması Tövbə Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin rəhbəri Hacı Əbdülü hiddətləndirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Hacı Əbdül baş verənləri İslama qarşı növbəti hücum kimi qiymətləndirib: ?Azanın səsini kəsmək olmaz. Heç vəchlə belə bir addım atmaq mümkün deyil. Bunu istəyən münafiqlər və yəhudilərdir. Neçə ildir ki, bu yəhudilər Azərbaycanda azanın səsinin kəsilməsinə cəhd edirlər. Hər həfə də alınmayanda geri çəkilirlər. Hesab edirəm ki, bu dəfə də alınmayacaq?. Hacı Əbdül onu da vurğulayıb ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin bu məsələ ilə bağlı daha açıq və sərt mövqe ortaya qoymalıdır: ?Söz yox ki, Qafqaz Müsəlmanları İdarəsi bunun bağlı mövqeyini ortaya qoymalıdır, özü də çox möhkəm. Görək bunun axırı nə olur?.