?Qadın Parlamenti?ndə Azərbaycan, Gürcüstan və Ermənistan QHT-ləri bir arada
Noyabrın 10-12-də İstanbulda ?Qadın Parlamenti? yaradılacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.
Onun sözlərinə görə, bu münasibətlə noyabrın 9-da Türkiyəyə yola düşəcəklər: ?Uzun müddətdir bu parlamentin yaradılması istiqamətində işlər gedir. Nəhayət ki, həmin tədbirdə parlamentin yaradılması elan olunacaq. Tədbirdə ölkəmizi bizim təşkilat təmsil edəcək. Yaradılacaq parlamentdə isə yəqin ki, ölkəmizdən bir neçə təşkilat iştirak edəcək. Bu təşkilatların adı tədbirdə açıqlanacaq?.
N.Cəfəroğlu deyib ki, yaradılacaq parlamentin strukturu, adı tədbirdə açıqlanacaq və parlamentdə Azərbaycan, Gürcüstan və Ermənistanın qeyri hökumət təşkilatları təmsil olunacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51