Azərbaycanın xalq artisti Fəxrəddin Manafov 12 seriyalı filmdə çəkilmək üçün Hindistana səfər edəcək. Tanınmış aktyorun verdiyi məlumata görə, o, Rusiyanın istehsalı olan bu filmdə plastik cərrah rolunu canlandıracaq. Filmdə cərrahın qızı rolunda Hindistanda ?Miss -2008? seçilmiş aktrisa çəkiləcək. Yeni ekran əsərində rusiyalı məşhur aktyor Marat Başarov da rol alıb. Filmin Moskvadakı çəkilişləri artıq başa çatıb. Noyabrda isə serialın Hindistanda son çəkilişləri aparılacaq. Fəxrəddin Manafovun Hindistana səfəri noyabrın 9-dan 23-dək davam edəcək. QayNar