Xalq artisti Yalçın Rzazadə noyabrın lk ongünlüyündə Türkiyəyə gedəcək. Y.Rzazadənin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Türkiyə səfəri bir neçə ay bundan əvvəl üzərində aparılan cərrahiyyə əməliyatı ilə əlaqəlidir: ?Əslində bu səfər oktyabr ayında baş tutmalıydı. Amma yaradıcılıq işlərim çox olduğundan səfərin müddəti uzandı. Bu səfərdə əsas məqsəd əməliyyatdan sonra müayinə olmaqdır. Baxmayaraq ki, özümü lap yaxşı hiss edirəm. Bütün hallarda son söz həkimindir?. Y.Rzazadənin sözlərinə görə, son vaxtlar yaradıcılıq işləri daha da genişlənməkdədir: ?Bir yandan yeni mahnılar, bir yandan da televizya dəvətləri... İnşallah, Türkiyə səfərim uğurlu alınsa, yeni layihələr gözlənilir?.