Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Demokratiya Uğrunda İttifaqa (DUİ) qoşula bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən AİDP sədri Hacı Tahir Abbaslı bu istiqamətdə danışıqların aparıldığınl bildirib. AİDP-nin hər zaman müxalifətlə əməkdaşlıq etdiyini deyən T.Abbaslı onu da qeyd edib ki, ?Bizim Azərbaycan? blokundan sonra rəhbərlik elədiyi təşkilat heç bir blokda təmsil olunmayıb. Partiyanın DUİ-yə qoşulmaq planına gəlincə, AİDP sədri bildirib ki, bununla bağlı təklif alıblar: ?Millət vəkili Pənah Hüseyn belə bir təkliflə çıxış edib. Bir neçə gün bundan əvvəl Pənah bəylə söhbətimiz oldu və o, AİDP-nin DUİ-də təmsil olunmasını təklif etdi?. DUİ-də təmsil olunan təşkilatlarla heç bir problemlərinin olmadığını deyən AİDP sədri təklifi dəyərləndirdiklərini deyib: ?Yəqin ki, yaxın günlərdə keçirəcəyimiz toplantıda bununla bağlı mövqe bildirəcəyik?.