Dünyanı cənginə alan ?Donuz qripi? virusu artıq Ukraynada da kritik həddə çatıb. Müstəqil İnformasiya Agentliyinin news.ru-ya istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti də bu barədə narahatlığını ifadə edib. Yuşşenko bildirib ki, artıq 48 nəfər bu virusdan dünyasını dəyişib. Prezident onu da vurğulayıb ki, hazırda 150 min nəfər bu virusa yoluxub. Ukrayna prezidenti baş verənlərin ölkə üçün ciddi bir problem olduğunu vurğulayaraq, Səhiyyə Nazirliyinə və aidiyyatı qurumlara xüsusi tapşırıqlar da verib.