?2005-ci ildən şərabçılıqla bağlı lisenziyaların təsdiq olunması Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 83 hüquqi şəxs lisenziya alaraq fəaliyyət göstərir. Onlardan 38-i ?Səməni? pivəsi, 45 isə alkoqollu içkilər və etil spirti istehsal edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə kənd təsərrüfatı naziri İsmət Abbasov ölkədə son zamanlar şərabçılığın inkişafına münasibət bildirərkən deyib: ?7 müəssisə vodka istehsalı, 25 müssisə konyak tipli içkilər brendi istehsalı, 30 müəssisə təbii üzüm şərabları, 2 müəssisə şampan tipli şərablar, 23 müəssisə isə şərab materialı istehsal edir. Bundan başqa, 9 müəssisə tərkibində 28 faizdən az spirt olmayan digər alkoqollu içkilərin istehsalı ilə məşğuldur?. Nazir deyib ki, bu günə qədər alkoqollu içkilərin istehsalı 186 min olub. İdxal isə 96 olub.