Türkiyənin yüksəkçinli hərbi nümayəndələri noyabrın 2-də Azərbaycana səfər edəcək. Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə quru qoşunlarının komandanı, ordu generalı İşık Koşaner Bakıda bir sıra görüşlər keçirəcək. Azərbaycana mütəmadi səfərlər edən Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli şəxsləri bu dəfə silahlı qüvvələr arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələlərini müzakirə edəcək.