Milli Demokrat Partiyası AKP iqtidarının qərəzli siyasətini tənqid edib
Azərbaycan Milli Demokrat Partiyası (AMDEP) Türkiyə ilə Azərbaycan arasındakı bayraq krizi ilə bağlı bəyanat verib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partiya Türkiyə Cümhuriyyətinin qurulmasının 86-cı ildönümü ərəfəsində Azərbaycan Respublikasının paytaxtı Bakının Şəhidlər xiyabanındakı Türk şəhidliyində Azərbaycan və Türkiyə bayraqlarının yenidən
qaldırılmasını iki millətin qardaşlıq bağlarının sarsılmazlığına bariz bir simvol kimi dəyərləndirir.
AMDEP bəyan edir ki, beynəlxalq antitürk qüvvələrin sifarişi ilə Ankaradakı AKP iqtidarının qərəzli siyasəti nəticəsində süni surətdə başlamış ?bayraq qalmaqalı? da, Azərbaycan və Türkiyə Türklüyünün arasında nifaq yaradılmasına hesablanmış digər təxribatlar kimi öncədən məhvə məhkum idi.
AMDEP Türkiyənin Cümhuriyyət bayramı münasibətilə Türkiyə xalqını, eləcə də bütün Türk dünyasını təbrik edir, antitürk məqsədli ?açılım? planlarının həyata keçirildiyi çağdaş dönəmdə Türkiyənin millətsevər qüvvələrinə əzm, birlik və uğur arzulayır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51