Müasir Müsavat Partiyası (MMP) qarşıdan gələn bələdiyyə seçkilərində partiya kimi iştirak edəcək. MMP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda seçkilərə qatılmaq istəyən partiya üzvlərinin bir qismi Dairə Seçki Komissiyalarına (DSK) müraciət edib və artıq imzatoplama kampaniyasına başlayıblar. Qeyd edək ki, Müasir Müsavat Partiyası bələdiyyə seçkilərində 102 namizədlə iştirak edəcək. Hal-hazırda digər namizədlər də sənədlərini DSK-lara təqdim etməyə hazırlaşırlar.