ipoteka Fonduna ilk dəfə yüksək kredit reytinqi verilib
Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə stabil proqnozlu BB kredit reytinqi verilib. Qurumun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu reytinq Fondun maliyə stabilliyinin, sağlam kredit portfelinə malik olmasının və yüksək ödəniş qabiliyyətinin göstəricisidir. Belə ki, Azərbaycan İpoteka Fondunun kredit reytinqi Azərbaycan Respublikasının ölkə reytinqindən (BB+) cəmi bir pillə aşağı verilib.
Fitch Ratings agentliyinin məlumatında bu bilavasitə Fonda göstərilən dəstək mexanizmlərinin mövcud səviyyəsi ilə izah edilir.
Fondun yaydığı məlumatda qeyd edilib ki, beynəlxalq kredit reytinqinin alınması Azərbaycan İpoteka Fonduna gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə zəmin yaradır.
Hazırda Azərbaycan İpoteka Fondunun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin ümumi məbləği 132 milyon manatı keçib. 2005-2009-cu illərdə Dövlət büdcəsindən Fonda 72,4 milyon manat vəsait ayrılıb.
s
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19