Neçə vaxt idi Misirdə olan xanəndə Alim Qasımov və qızı Fərqanə xanım vətənə qayıdıblar. Fərqanə xanım Müstəqil İnformasiya Agentliyinə deyib ki, 7 gün Aleksandro şəhərində məşq edib, oradan Qahirəyə yollanıblar. ?12-13 böyük konsert proqramı ilə çıxış etdik. Bu konsertdə ?Kəsmə şikəstə?, Şəfiqə Axundovanın ?Nədən oldu?, ?Qaşların kamandır?, ?Dağların başı? adlı mahnıları səsləndirdik?,-deyən Fərqanə Qasımovanın sözlərinə görə, Qahirədən sonra yollarını Şam şəhərindən salıb, oktyabrın 16-da bu məkanda böyük konsert proqramı ilə çıxış ediblər: ?Ordan isə bir başa Hələbə gəldik. Nəsiminin dərisi soyulan yeri və məzarını ziyarət etdik. Fatihə sürəsi oxuduq. Atam dedi ki, Nəsiminin şərəfinə bu konsertdə mütləq onun qəzəlləri oxunmalıdır. Oktyabrın 18-də baş tutan konsertdə Nəsiminin iki qəzəlini oxuduq. Gözəl səsləndi və çox bəyəndilər. Oktyabrın 20-si isə Honkonqa getdik, orada böyük festival keçirilirdi?.