Müğənni Röya Ayxan artıq 3 gündür ki, anadır. ANS PRESS-in məlumatına görə, gənc ana "Medi-Lux" klinikasında oğlunu dünyaya gətirib. Doğuş qeyysəriyyə əməliyyatı ilə keçdiyindən həkimlərin məsləhəti ilə ana və bala hələ bir neçə gün klinikada qalmalı olacaqlar. Onu da əlavə edək ki, Röya oğlunun adını Hüseyn qoyub. Qeyd edək ki, bir müddət öncə Royanın oğlunun adının dünya şöhrətli bəstəkar Müslüm Maqomayevin şərəfinə Müslüm qoyulacağı bilidirilirdi. Xatırladaq ki, ikinci dəfə ana olan müğənni Elnarə də yeni dünyaya gələn oğlunun adını Hüseyn qoymaq istəyirdi. Lakin başqa sənətçilərin də övladlarına bu adı qoyduğundan, Elnarə fikrini dəyışməli olub. Belə ki, klipmeyker Kənan M.M.-də oğluna məhz Hüseyn adını qoyub.