İraqın paytaxtı Bağdadda partlayıcı qurğu quraşdırılmış iki yük maşını ilə törədilən partlayışlar nəticəsində ilkin məlumata görə, 62 nəfər həlak olub, 158-i isə yaralanıb. Partlayışlar barədə məlumatları Bağdad polisi də təsdiqləyib. Lakin ölkənin daxili işlər nazirliyinin açıqlamasında ölü sayı 25 nəfər göstərilib. Partlayışın əsas hədəfinin hökümət binaları olduğu bildirilir. Dövlət televiziyası terror aktının vilayət binası və ədliyyə nazirliyinə qarşı törədildiyini bildirib.