Ədalət Partiyası seçkiyə 500-dən çox namizədlə qatılacaq
Ədalət Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək istiqamətində lazım olan addımları atır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin sözlərinə görə, artıq partiya üzvləri namizədliklərini irəli sürməyə başlayıblar.
M.Rəhimli onu da bildirib ki, Ədəlat Partiyası üzvlərinin müstəqil şəkildə seçkiyə qatılması barədə qərar verib: ?Bildiyiniz kimi, seçkidə partiya şəklində iştirak etmək çoxlu sayda sənədlər, maliyyə xərcləri tələb edir. Biz partiyanın maddi imkanlarını nəzərə alaraq, qərara aldıq ki, üzvlərimiz seçkiyə müstəqil şəkildə getsinlər?.
Partiya yetkilisi onu da iurğulayıb ki, seçkidə 500-dən çox namizədlə iştirak etmək niyyətindədirlər. Onun sözlərinə görə, Ədalət Partiyasının namizədləri Bakı da və bir sıra rayonları əhatə edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51