İrəvan Dövlət Azərbaycan Dram Teatrı Misirə dəvət alıb. Teatrın direktoru İftixar Piriyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, ?Hərraca qoyulmuş sultan? əsəri Misirdə nümayiş oluna bilər: ?Rejissor Oruc Qurbanov ərəb şairinin həyatından bəhs edən bu əsərə quruluş verib. Misirdən gələnlər də bu tamaşaya baxmışdılar. Onlar gedəndən sonra, bizə Misirdən məktub gəldi. Məktubda həmin tamaşanın diskini istəyirdilər. Biz də həmin diski onlara göndərdik. Diskə baxandan sonra bizi həmin ölkəyə dəvət etdilər?. Amma direktor bildirib ki, bu səfərin baş tutması hələlik sual altındadır: ?Mədəniyyət və Turizm Nazirliyinə bu dəvətlə bağlı məktub göndərmişik. Müraciətdə yalnız gediş haqlarımızın ödənilməsini istədik. Qalan xərclər öz boynumuzadır. Çalışırıq ki, bu sərəf baş tutsun. Hazırda nazirliyə yazdığımız məktubun cavabını gözləyirik?.