ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə Bakıya gəlib
ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenau regiona səfəri çərçivəsində Bakıya gəlib. O, oktyabrın 24-dək davam edəcək səfəri zamanı Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və biznes strukturları rəhbərləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional münasibətlər və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Tina Kaydenau bildirib ki, bu, Azərbaycana ilk səfəridir və Bakıda olmasına şaddır: ?Mən buradakı insanlarla tanış olmağı, prezidentiniz, xarici işlər naziri və digər rəsmilərlə görüşü səbirsizliklə gözləyirəm. Biz onlarla bir sıra məsələlər ətrafında danışıqlar aparacağıq. Çalışacam ki, onlara Azərbaycanın bizim üçün strateji vacib bir ölkə olduğunu və münasibətlərimizi yüksək qiymətləndirdiyimizi bir daha çatdırım. Biz bu münasibətləri gələcəkdə daha da inkişaf etdirməyə ümid edirik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50