iqbal Ağazadə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavinini qəbul edib
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müavini Katrin Klevi Ümid Partiyasının mərkəzi qargahında qəbul edib.
Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, görüş zamanı Ümid Partiyasının bu ilin 23 dekabr tarixində keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində iştirakı, parlament fəaliyyəti, habelə son dövrlər aktual olan Ümid-Müsavat münasibətləri müzakirə mövzusu olub.
İqbal Ağazadə ingiltərəli diplomatı maraqlandıran suallara cavab verməklə yanaşı, partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı görülən işlər barədə də məlumatlar verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51