Şuşa Dövlət Teatrı 3 əsərə birdən müraciət edib. Teatrın direktor müavini Azad Məmmədovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hazırda hər üç əsər üzərində qızğın məşqlər gedir: ?Çingiz Aytmatovun ?Dəniz kənarı ilə qaçan alabaş?, Molyerin ?Skapenin kələkləri? əsəri isə ?Kələkbaz? adı altında səhnələşdirilir. Teatr yazıçı Elçinin yaradıcılığına da müraciət edib?. O ki qaldı üzərində məşq prosesi gedən tamaşaların təqdimatına, direktor müavini bunun zamanla ərsəyə gələcəyini bildirib.