;ıstanın əməkdar artisti Əbülfəz Oğuz bü günlərdə Moskvadan səfərdən qayıdıb. Sənətkar Müstəqil İnformasiya Agentliyinə deyib ki, onun bu səfəri Dağıstan Respublikasının dəstəyi ilə reallaşıb: ?Dağıstandan mənə təklif gəldi ki, belə bir səfər var. Mən də bu təklifi qəbul etdim. Əvvəlcə Dağıstana, oradan isə Moskvaya getdim. Bir neçə konsert proqramı ilə çıxış etdik. İndi Dağıstandan ikinci təklif də gəlib. Deyirlər ki, bir ansambl olaraq, Hollandiyada çıxış etməliyik. Dekabr ayında bu sərəf baş tutacaq. Mənim bütün səfərlərim Dağıstan vasitəsiylə həyata keçir. Azərbaycanda isə yada düşmürəm?. Ə.Oğuzun sözlərinə görə, Dağıstan vasitəsiylə baş tutan səfərlərdə repertuar məsələsi qarışıq olur: ?Orada Dağıstana uyğun gələn mahnılar və rəqslər olur. Muğamlar isə həmin konsertlədə istifadə olunmur. Orada çoxmillətli xalq yaşayır. Ona görə də repertuar məsələsində mütləq çoxmillətliliyi nəzərə almalısan?.