DUi bələdiyyə seçkilərinə blok zəklində qatılmayacaq
Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı qərar verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən DUİ-yə daxil olan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, ittifaqa daxil olan partiyaların üzvləri seçkilərdə müstəqil şəkildə iştirak edəcəklər.
BAP sədri deyib ki, belə bir qərarın qəbuluna partiya şəklində seçkilərdə iştirak etmək üçün qanunvericilikdə mövcud olan bir sıra boşluqlar və çətinliklər səbəb olub: ?O da etiraf olunmalıdır ki, partiyaların əksəriyyətində bələdiyyə seçkilərində iştirakla bağlı fərqli münasibət var. Bir qism, ümumiyyətlə, seçkilərdə iştirakı lazımsız hesab edir. Seçki qanunvericiliyində dəyişiklik yoxdur. Hakimiyyət bəribaşdan bələdiyyə üzvlərinin kim olması barədə qərarlarını verib, yəni belə informasiyalar da insanları seçkidən soyudur. Üstəlik, cəmiyyətdə də bir ajiotaj yoxdur. Ona görə də bizim qərarımız bu cür oldu?.
Qeyd edək ki, DUİ-yə Klassik Xalq Cəbhəsi, Azadlıq, Xalq, Böyük Azərbaycan, Milli Qurtuluş və Milli Demokrat partiyaları daxildir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51