Bakıda QiƏT Xarici izlər Nazirləri Şurasının iclası bazlayıb
Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası öz işinə başlayıb. Qeyd edək ki, iclasa sədrlik Azərbaycan tərəfindən Bolqarıstana təhvil veriləcək. İclası Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıb. Nazir Azərbaycanın iqtisadi inşikafı barədə məlumat verib. O qeyd edib ki, ölkədə yoxsulluq səviyyəsi azalıb, ümumdaxili məhsul artıb: "Şahdəniz yatağının ikinci fazasına 20 milyard dollar investisiya qoyulacağı gözlənilir. Enerji bazarında başqa, informasiya və elektrotexnika bazarının da inkişafına çalışırıq".
Məlumat üçün bildirək ki, iclasın yekununda QİƏT-ə daxil olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər. İclasda Bolqarıstan, Moldova, Türkiyə, Albaniya xarici işlər nazirləri, Rusiya, Yunanıstan, Serbiya, Gürcüstan, Rumıniya, Ermənistan və Ukrayna isə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunurlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50