Sabah Bakıda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr edilmiş görüş keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Tədbirin açılış hissəsi mətbuatın iştirakı üçün açıq olacaq.