Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə II katibi və UH Konsulu xanım Katrin Klevi partiyanın mənzil-qərargahında qəbul edib. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, görüşdə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.