Rəssamlar İttifaqında müasir təsviri sənətin problemləri ilə bağlı elmi konfrans keçiriləcək. Sənətşünas Ziyadxan Əliyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, həmin konfransda xarici ölkə rəssamları üstünlük təşkil edəcəklər: ?Dünyanın bir çox ölkələrindən bu konfransa qonaqlar dəvət olunub. Onların arasında rəssamlar, sənətşünalar daha çoxdur?. Noyabr ayında baş tutacaq konfransda Azərbaycan tərəfi bu sahədə baş verən yeniliklər və problemlərlə bağlı geniş məruzə ilə çıxış edəcək.