Dazınmaz əmlak bazarında ilin sonuna kimi durğunluq davam edəcək
?Son müşahidələrə görə, daşınmaz əmlak bazarında vəziyyət mürəkkəb olaraq qalır. Mövsümlə bağlı nisbi aktivlik müşahidə edilsədə, durğunluq hələ də davam edir?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında davamlı aktivlik müşahidə edilmir: ?Təkrar mənzil bazarında qiymətlər stabil olaraq qalır. İlkin bazarda isə 0,8% artım olsada, amma qiymətlər yenədə stabildir. Eyni situasiya qeyri-yaşayış sahələri bazarında da yaşanır. Torpaq bazarında isə qiymətlər kəskin olaraq, aşağı düşüb. Əksinə, tikinti materialları bazarında qiymətlər kifayət qədər qalxıb?.
İcraçı direktorun fikrincə, tikinti materiallarının qiymətində artımlar əsasən daxili səbəblərlə bağlıdır. R.Osmanov sözlərinə görə, məhz daşınmaz əmlak bazarında durğunluğun nə vaxta qədər davam edəcəyini indidən söyləmək çətindir: ?Bildiyiniz kimi, böhranın hələ də davam edir. Ona görə də proseslərə verdiyimiz proqnozlar düzgün çıxmaya da bilər. Çox güman ki, daşınmaz əmlak bazarında ilin sonuna kimi durğunluq davam edəcək?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19