Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 19,24% artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 5 465,2 milyon manat, büdcə xərcləri isə 3 954,1 milyon manat təşkil edib.
Belə ki, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 191,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 107,2 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 75,6 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat, bonus ödənişləri 0,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.
Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 273,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 218,4 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 3 685,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 69,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 92,4 milyon manat və 94,1 milyon manat vəsait ayrılıb. 4,1 milyon manat ?Bakı-Tbilisi-Qars yeni dəmir yolu? layihəsinin maliyyələşdirilməsinə yönəldilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,2 milyon manat vəsait ayrılıb. 2009-cu ilin ilk 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 5,7 milyon manat olub.
2009-cu il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 19,24% artaraq 10 716,2 milyon manata (13 337,5 milyon ABŞ dolları) bərabər olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19