Əməkdar artist, müğənni Rühəngiz Allahverdiyevanın yaxın qohumu Sevinc Allahverdiyeva ?Toylar kraliçası? yarışmasının ikinci həftəsində SMS qazana bilmədiyi üçün Fədayə Laçına məğlub oldu. Həmin yarışmanın münsif üzvü, əməkdar artist Baloğlan Əşrəfov Müstəqil İnformasiya Agentliyinə deyib ki, Fədayə Laçın çox istedadlıdır: ?Onu veriliş boyu çox güclü ansambl müşayiət edirdi. Belə bir iştirakçıya səs verməmək insafsızlıq olardı. O, həm də çoxlu SMS qazandı. Birinci gündən bilirdim ki, o, iştirakçıların çoxunu məğlub edəcək. Düzdür, Fədayə xanım ?Kraliça? olmağa iddialıdır. Amma bu barədə danışmaq bir münsif üzvü kimi mənim üçün tezdir?. Onu da xatırladaq ki, oktyabrın 24-ü B.Əşrəfovun doğum günüdür. Bu münasibətlə böyük bir mərasimin keçiriləcəyi də nəzərdə tutulub. Sənətkarın ad günü ?Space? telekanalı vasitəsiylə birbaşa yayımlanacaq: ?Bununla bağlı danışıqlar aparılıb. Respublikanın tanınmış sənət adamları həmin gün öz ifaları ilə məni təbrikə gələcəklər?.