Fazil Mustafa Naxçıvan-Bakı aviareyslərinə yeni təyyarələrin buraxılmasını tələb edir
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü iclasında Naxçıvana təyyarə uçuşlarında yaranan problemlərə toxunub.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat bldirib ki, hələ də Naxçıvana uçuş zamanı köhnə təyyarələrdən istifadə olunur: ?Naxçıvana gedib-gələnlər üçün ciddi təhlükə yaranıb. Bir müddət bundan əvvəl təyyarələrin birində nasazlıq baş vermişdi, şükür ki, hansısa bədbəxt hadisə olmadı. Hesab edirəm ki, Naxçıvan aviareyslərinə də yeni təyyarələr verilməlidir?.
F.Mustafa bilet satışlarında yaranan problemə də toxunub: ?Hazırda dünyada insanlar İnternet vasitəsi ilə bilet aldığı halda, Azərbaycanda hələ də bilet qıtlığı, vətəndaşların süründürməçiliyi davam edir. Bu məsələlərin də həll olunması istiqamətində addımlar atılmalıdır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51