Bakı metropolitenində istifadəsi bitmiş və ya istifadəyə yararsız olan qatar yoxdur. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib. Onun sözlərinə görə, keçən il 25, bu il isə 15 yeni vaqon Bakı metropoliteni tərəfindən alınıb: ?Ümumiyyətlə, hazırda istifadədə köhnə vaqon yoxdur. Alınan təzə vaqonlar isə Moskvadakı zavodların birində istehsal olunub. Hələləik qarşıdan gələn il üçün vaqonların alınması nəzərdə tutulmur?.