Bu gün Muğam Teatrında mərhum şair Malik Fərruxun xatirə gecəsi olacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağının direktoru Arif Qazıyev məlumat verib. A.Qazıyev bildirib ki, tədbir gecə saat 19-da başlanacaq. Tədbirdə respublikanın tanınmış şairləri, yazıçıları, bəstəkarları, estrada və muğam ifaçıları çıxış edəcəklər: ?Harada tədbir varsa, orada mütləq muğam oxunmalıdır. Çünki muğam bizim kökümüzdür. Estrada müğənnilərinin də mahnı töhvələri var?. Diretorun sözlərinə görə, gecədə mərhumun şeirlərindən parçalar səsləndirmək aktyorlara həvalə ediləcək.