Milli Məclisin deputatı Elmira Axundova oktyabrın 19-dan 23-dək Litvada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, deputatımız Vilnüs şəhərində keçiriləcək ?Parlament və seçkilər? mövzusunda seminarda iştirak edəcək. Litva parlamentinin təşkilatçılığı ilə keçirilən seminara GUAM-a üzv olan dövlətlərin parlament nümayəndələri dəvət olunublar. Tədbirdə Litvada parlament daxili qaydalarla tanışlıq və seçki proseslərinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılacaq. Deputatımız Azərbaycanın bu sahədəki təcrübəsi barədə məlumat verəcək.