Bu gün Azərbaycanın müstəqqik qazanmasından 18 il ötür. 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktını qəbul edib. Konstitusiya aktınına əsasən Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının davamçısı, varisi elan olundu və həmin andan ölkəmiz istiqlaliyyətə qovuşdu. Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini- bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Sonra Dövlət bayrağı, himn və gerb haqqında qanunlar qəbul edildi. D Xatırladaq ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir. Bayramınız mübarək!