Yayda təmirə dayandırılan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının binası noyabr ayının əvvəlində tamaşaçıların ixtiyarına veriləcək. Teatrın direktor müavini İlqar Musayev Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, teatrın binası təmir olunduğu müddətdə də sözügedən mədəniyyət ocağının solistləri fəaliyyətlərini davam etdiriblər: ?Kollektivimiz dövlət tədbirlərinin daimi iştirakçısıdır və elə indi də başqa-başqa ölkələrdə qastrol səfərlərində olur. Teatrda aparılan təmir işləri isə artıq yekunlaşmaq üzrədir?. Direktor müavini Bakıdakı Yəhudi İcmasının Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova teatrla bağlı ünvanlanan məktubuna da münasibət bildirib: ?Mahnı Teatrı dövlətindir. Yəhudi İcması isə neçə ildir ki, bu teatrın binasını almaq istəyir. Dəfələrlə məktub yazıblar. Hələ ki, teatrın binası bizdədir. Sabah isə nələrin olacağı bilinmir?.