ABŞ prezidenti Barak Obama İlham Əliyevə 18 oktyabr - Müstəqillik Günü münasibəti ilə təbrik məktubu göndərib. ?Azərbaycan Amerika Birləşmiş Ştatlarının mühüm tərəfdaşıdır, biz regionda sabitliyin və rifahın gücləndirilməsi istiqamətində birgə işləyirik. ABŞ qarşıdakı aylarda və illərdə də bu əlaqələri möhkəmləndirməyi arzulayır. Bu bayram günündə Sizə sülh və tərəqqi arzu edirəm?, deyə məktubda qeyd edilib.