Azərbaycanlı deputatların Türkiyə səfəri mənfi qiymətləndirilir
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı bir qrup azərbaycanlı deputatın Türkiyəyə səfəri birmənalı qarşılanmayıb.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, deputatların səfəri effekt verməyəcək: ?Çünki Tüirkiyədə hamıya bəllidir ki, həmin deputatların hamısı hakimiyyətin mövqeyini dəstəkləyirlər. Onların heç birinin millət tərəfindən seçilmədiyi də hamıya məlumdur. Bu səbəbdən də onların səfəri Azərbaycan cəmiyyətinin mövqeyi kimi deyil, hakimiyyətin təşkil etdiyi bir səfər kimi xarakterizə olunur. Özü də bu səfərlərin məhz bu tərkibdə düzənlənməsi yanlışdır. Hesab edirəm ki, hakimiyyətdən asılı olmayan, xalqın iradəsini ifadə edən insanların səfəri bəlkə də effekt verə bilərdi?.
Partiya sədri onu da qeyd edib ki, bu məsələdə Azərbaycan və Türkiyə cəmiyyətləri arasında yaxınlaşma olmalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51