Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri XİN-ə dəvət etmişdir. Görüş zamanı cari ilin oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilmiş Türkiyə-Ermənistan oyunu əsnasında Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirmişdir.