Klassik Musiqisevərlər Klubu klassik musiqi gecəsi düzənləyəcək. Maestro Niyazinin ev muzeyinin direktoru Rza Bayramov Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, Niyazinin ev muzeyində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubu klub hər ay tədbir keçirir: ?Həmin tədbirdə iştirakçılara anket təqdim edilir. Həmin anket qonaqlar tərəfindən doldurulur və ən çox səs alan bəstəkarın gecəsi təşkil edilir. Hazırda isə növbəti gecəyə hazırlıq işləri başlanılıb. Bu mərasim noyabrın ilk ongünlüyündə baş tutacaq?.