Müsavat gənclərin aksiyasında zorakılığa yol verən polislərin cəzalandırılmasını tələb edir
Dünən bir sıra Gənclər Təşkilatlarının nümayəndələri Tarif Şurasının Bakı Metropolitenində qiymətlərin 3 dəfə artırılmasına etiraz əlaməti olaraq ?Elmlər Akademiyası stansiyasının yaxınlığındakı Hüseyn Cavid bağında piket keçiriblər. Piket başlayan kimi polislər piket iştirakçılarına hücum edərək, onları vəhşicəsinə döyüb və küçə söyüşləri ilə təhqir ediblər. 11 nəfər həbs olunaraq yaxınlıqdakı 27 saylı polis şöbəsinə aparılıb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası polisin dinc aksiyanı dağıtmasını, aksiya iştirakçılarına qarşı fiziki zor tətbiq etməsini ölkədə sərbəst toplaşmaq azadlığının olmamasının növbəti faktı kimi qiymətləndirir və buna qəti etirazının bildirir: ?Biz, habelə piketçilərlə qəddar davranan, səlahiyyət həddini aşan polislərin və onlara bu əmri verənlərin sərt şəkildə cəzalandırılmasını tələb edirik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51