Mənzurə Musayeva ?Toylar kraliçası?nda özünə ciddi rəqib axtarır
?Dünən ?Toylar kraliçası? layihəsinin ilk ?duel?i keçirildi. ?Düel?də mən və Lalə İsmayılova idi. Açığını deyim ki, mən bu ?duel?də özümü İlahə Fəda, Rühəngiz Allahverdiyeva və Mətanət Əsədova ilə görürdüm. İnanırdım ki, onlardan birini oyundan uzaqlaşdıracam. Çünki mən, gücümə bələd olan sənətkaram?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sözügedən yarışmanın iştirakçısı Mənzurə Musayeva söyləyib. Onun fikrincə, Lalə İsmayılova ilə ?duel?ə çıxmaq istəməyib: ?Çarxı fırladıblar, mənimlə onun adı çıxıb. Sözün düzü, mən buna pis oldum. Axı, kimdir o? Heç kəs tanımır. Mənim isə müəyyən çəkim var. Hər halda istəyərdim ki, ?duel?ə çəkisi olan sənətkarlarla çıxım?.
Mənzurə xanım deyib ki, onun bu oyunda qalib olmasını hətta balca uşaqlar bilsə də, Lalə xanım oyundan çıxmaq istəməyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47