Bakı Dövlət Sirki maraqlı proqramlar təqdim edəcək
Bakı Dövlət Sirki yeni mövsümünü açmaq üzrədir. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, oktyabrın 30-da sirkin qapıları balaca tamaşaçıların ixtiyarına veriləcək. Oktyabrın 30-da başlayan tamaşa noyabrın 15-nə kimi davam edəcək. Tamaşada ukraynalıların sirk proqramı nümayiş etdiriləcək. Əhilləşdirilmiş heyvanlarla bağlı nömrələr, akrobatlar, kulonlar və sairlə 35-ə yaxın heyət üzvünün 2 saat ərzində çıxış edəcəyi gözlənilir.
M.Hümmətov bildirib ki, başqa mədəniyyət və teatr ocaqları ilə müqayisədə Bakı Dövlət Sirkində biletlərin qiymətində dəyişmə olmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47