?Azanfilm? ?Tırtırın arzusu? ilə ?it sərgisi?ni təqdim edəcək
?Azanfilm? studiyasında iki cizgi filmi ekranlaşdırılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən studiyanın direktoru və bədii rəhbəri Elçin Hami Axundov məlumat verib. Onun sözlərinə görə, ekranlaşdırılan hər iki film 7 dəqiqəlikdir. Onlardan biri ?Tırtırın arzusu?, digəri isə Yusif Şeyxovun ssenarisi əsasında ekranlaşdırılan ?İt sərgisi?dir?.
E.Axundov bildirib ki, ?Tırtırın arzusu? cizgi filminin rejissoru Firəngiz Quliyeva, ssenari müəllifi Gülşən Tofiqqızıdır. ?İt sərgisi?nin rejissoru isə Arif Məhərrəmovdur.
Direktor deyib ki, bu filmlər 2009-cu ilin planlarıdır. 2010-cu ilin isə planları hələ qarşıdadır: ?Bir neçə ssenarilər var. Amma bunlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənməlidir. Onlar öz təsdiqini tapsa, gözəl filmlər təqdim olunacaq. Filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayırılan maliyyə bizə yetir. Amma kadrlarımız çox azdır. Əgər il ərzində iki deyil, bir neçə film ekranlaşdırsaq, o zaman bizə əlavə kadrlar lazım olar?.
Direktor bildirib ki, yaxın zamanlarda hər iki film balaca tamaşaçıların ixtiyarına veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47